15 may 2026. Cümə

İbrahimoviç 10 oyunluq cəzalandırıla bilər


İbrahimoviç 10 oyunluq cəzalandırıla bilər

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç ağır cəzalandırıla bilər.

Corner.az "La Stampa"ya istinadən xəbər verir ki, isveçli hücumçu "İnter"in oyunçusu Romelu Lukakuya qarşı irqçilikdə günahkar olacağı təqdirdə, 10-a qədər matçı buraxa bilər . Bundan əvvəl İbrahimoviç və Lukakunun İtaliya Kubokunun 1/4 finalında baş verən münaqişəyə görə 1 oyunluq diskvalifikasiya edildiyi məlum olmuşdu.

Qeyd edək ki, ilk hissəsin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

“Sportmediaset” saytı bildirib ki, Zlatan Lukakunun ünvanına bu təhqiramiz ifadəni işlədib:  "Get p..nu ye, eşşək”. Cavabında Lukaku İbrahimoviçi “fahişə oğlu" adlandırıb.

Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.(qol)







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi