11 avqust 2026. Çərşənbə axşamı

Latsio və Napolidən inamlı qələbə


Latsio və Napolidən inamlı qələbə
İtaliya A Seriyasında 20-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
“Latsio” bu turda çətin “Atalanta” səfərinə yollanıb. Bu komandalar bir neçə gün əvvəl İtaliya kubokunda qarşılaşmış və “Atalanta” 3:2 hesablı qalib gəlmişdi. Bu dəfə isə “Latsio” inamlı qələbə qazanıb.
 
“Napoli” və “Roma” da müvafiq olaraq “Parma” və “Verona” ilə ev oyunlarından qələbə ilə ayrılıb.
 
“Spetsiya” evdə “Udineze”yə uduzubsa, “Kalyari” – “Sassuolo” görüşü bərabərliklə bitib. “Cenoa” da səfərdə “Krotone”yə böyük hesabla məğlub edib.
 
İtaliya A Seriyası
20-ci tur
29 yanvar
 
Torino – Fiorentina 1:1
Qol: Belotti, 88 – Riberi, 67.
 
30 yanvar
 
Bolonya – Milan 1:2
Qol: Poli, 81 – Rebiç, 26. Kessye, 55-pen.
 
Sampdoriya – Yuventus 0:2
Qol: Kyeza, 20. Remzi, 90+1.
 
İnter – Benevento 4:0
Qol: İmprota, 7-öz qapısına. L.Martines, 57. Lukaku, 67; 78.
 
31 yanvar
 
Spetsiya – Udineze 0:1
Qol: De Paul, 52-pen.
 
Kalyari – Sassuolo 1:1
Qol: J.Pedro, 75 – Boqa, 90+4.
 
Atalanta – Latsio 1:3
Qol: Paşaliç, 79 – Maruşiç, 3. Korrea, 51. Muriqi, 82.
 
Krotone – Cenoa 0:3
Qol: Destro, 24; 50. Çiborra, 29.
 
Napoli – Parma 2:0
Qol: Elmas, 32. Politano, 82.
 
Roma – Verona 3:1
Qol: Mançini, 20. Mxitaryan, 22. Mayoral, 29 – Kolli, 62.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"