6 dekabr 2025. Şənbə

Buffon 1100-ə çatdı


Buffon 1100-ə çatdı
“Yuventus”un qapıçısı Canluici Buffon karyerasında 1100-cü matçına çıxıb.
 
Corner.az xəbər verir ki, bu, "İnter"lə ölkə kubokunun yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper bu matça start heyətdə başlayıb.
 
Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"nın heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/19 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra "Yuventus"a qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.
 
Buffon 1100 oyundan 679-unu "Yuventus", 220-sini "Parma", 176-sını milli komanda, 25-ni isə PSJ-də keçirib.






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”