7 may 2026. Cümə axşamı

Mussolininin nəticəsi Latsio ilə müqavilə imzaladı


Mussolininin nəticəsi Latsio ilə müqavilə imzaladı
 “Latsio” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Benito Mussolininin nəticəsi Romano Mussolinini heyətinə qatıb.
 
18 yaşlı müdafiəçi “Latsio”nun gənclərdən ibarət komandasında oynayacaq. O, sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
 
Qeyd edək ki, İtaliya mənşəli siyasətçi, faşist partiyasının başçısı, diktator Benito Mussolini 1922-1943-cü illər aralığında İtaliyaya rəhbərlik edib. İtaliyada “Latsio” klubuna azarkeşlik edənlərin böyük əksəriyyəti Mussolini tərəfdarı kimi tanınsalar da, Benitonun "Bolonya"ya sevgisi bitib-tükənməz idi. Təsadüfi deyil ki, adıçəkilən komanda A Seriyasında qazandığı 6 çempionluq titulundan 4-nə məhz Mussolinin hakimiyyəti dövründə yiyələnib. 






İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə