- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliya kubokunun 1/4 final mərhələsinin "İnter" - "Milan" (2:1) oyununda meydan sahiblərinin futbolçusu Romelu Lukaku ilə qonaq komandanın hücumçusu Zlatan İbrahimoviç arasında baş vermiş insidentlə bağlı Respublika Məhkəməsində cinayət işi açılıb.
Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, müstəntiqlər işdə irqçilik elementlərinin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparırlar.
39 yaşlı forvard artıq bu gün ifadə vermək üçün prokurorluğa çağırılıb. Belçikalı futbolçu da yaxın gələcəkdə eyni prosedurdan keçəcək.
Qeyd edək ki, hər iki futbolçu bir-birilərini təhqir etdikləri üçün 1 oyunluq cəza alıblar. İrqçilik ittihamları ilə bağlı isə hələ qərar verilməyib.