- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliya kubokunun yarımfinal mərhələsinin “Yuventus” – “İnter” matçının (0:0) ən yaxşı futbolçusu bəlli olub.
Corner.az-ın xəbərinə görə, “La Gazetta dello Sport” ve “Corriere dello Sport” nəşrlərinin qiymətləndirməsinə əsasən, Turin klubunun türk əsilli müdafiəçisi Merih Demiral görüşün ən yaxşı oyunçusu seçilib. Türkiyə millisinin 22 yaşlı stoperi müvafiq olaraq 7,5 və 7 bal alıb.
“Merih rəqibin toplarının hamısını uzaqlaşdırdı. Hava mübarizəsindəki oyunu isə əla idi” – deyə “La Gazetta dello Sport” qeyd edib.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (0:0, 1:2) “Yuventus” finala vəsiqə qazanıb.