30 iyun 2026. Çərşənbə axşamı

Yuventus'un yarımmüdafiəçisi sıradan çıxdı


Yuventus'un yarımmüdafiəçisi sıradan çıxdı
 “Yuventus” klubu daha bir itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Artur sıradan çıxıb.
 
Sağ ayağından zədələnən braziliyalı futbolçu komandanın son məşqlərinə qatılmayıb. Arturun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Onun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək “Portu” ilə oyunda iştirak etməyəcəyi vurğulanıb.
 
Komandanın digər zədəliləri – Paulo Dibala və Leonardo Bonuççinin də A Seriyasının növbəti turunda keçiriləcək “Napoli” ilə oyunu buraxacağı, lakin “Portu” ilə matça hazır olacaqları bildirilir.
 
Qeyd edək ki, sabah keçiriləcək “Napoli” – “Yuventus” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı