- İtaliya S.A.
- 23:28 23.11.2024
"Milan" Hakan Çalhanoğlunu komandada saxlamaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə klubun meneceri İvan Qazidis "Sky Sport"a açıqlamasında danışıb. O, müqaviləsi bu yay başa çatacaq 26 yaşlı yarımmüdafiəçinin İtaliya təmsilçisi üçün vacib oyunçu olduğunu vurğulayıb və türkiyəli futbolçu ilə yeni sözləşmə imzalamağı planlaşdırdıqlarını bildirib.
Qazidis həmçinin qapıçı Canluici Donnarumma və 39 yaşlı hücumçu Zlatan İbrahimoviçi də buraxmaq niyyətində olmadıqlarını qeyd edib:
“Donnarumma və Hakan Çalhanoğlu bizim üçün çox önəmli oyunçulardır. Onların qalması üçün mümkün olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, 2017-ci ildən isə "Milan"da çıxış edən Çalhanoğlu bu mövsüm klubunda 18 matça çıxaraq, 1 qol vurub və 9 qolun ötürməsini verib.