30 iyun 2026. Çərşənbə axşamı

Yuventus'dan 9 mövsümün ən pis göstərcisi


Yuventus'dan 9 mövsümün ən pis göstərcisi

"Yuventus" klubu cari mövsüm antirekorda imza atıb.

Corner.az "Football Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi son 9 mövsümdəki ən pis nəticəsini göstərib.

22-ci turda səfərdə "Napoli"yə 0:1 hesabı ilə məğlub olan komanda 42 xal toplayıb. Bu isə 2011/2012 mövsümündən sonra ən pis göstəricidir.

Andrea Pirlonun baş məşqçi olduğu komanda 12 oyunda qalib gəlib, 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Son ölkə çempionu rəqiblərindən bir oyun az keçirib.

Qeyd edək ki, "Yuventus" hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı