30 iyun 2026. Çərşənbə axşamı

Buffon təhqirə görə cərimələndi


Buffon təhqirə görə cərimələndi

 "Yuventus"un qapıçısı Canluici Buffon 5 000 avro məbləğində cərimələnib.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna 42 yaşlı qolkiperin A Seriyasının "Parma" ilə matçında (4:0) təhqirə yol verməsi səbəb olub.

İntizam komitəsi əvvəlcə təcrübəli qolkiperə bir oyunluq cəza vermək istəsə də, sonradan qərarını dəyişib.

Qeyd edək ki, Canluici Buffon "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk matçı zamanı da analoji hərəkətdə şübhəli bilinirdi. Lakin səsyazısı aydın eşidilmədiyi üçün ittiham sübuta yetirilməmiş hesab edilib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı