15 avqust 2026. Şənbə

Napoli'nin futbolçusu oyun vaxtı huşunu itirdi


Napoli'nin futbolçusu oyun vaxtı huşunu itirdi

"Napoli"in futbolçusu Viktor Osimhen İtaliya A Seriyasında 23-cü turun "Atalanta" ilə səfər matçında ciddi xəsarət alıb.

Corner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb.

Nigeriyalı futbolçunun başı yerə dəyib və o, huşunu itirib. Meydanı xərəkdə tərk edən futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

"Napoli" klubu Osimhenin ağır zədədən qurtulduğunu və hazırda xəstəxanada həkimlərin nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma "Atalanta"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi