- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliya A Seriyasının 23-cü turunun "Atalanta" ilə oyununda (2:4) zədələnən "Napoli"nin futbolçusu Viktor Osimhen yaddaşını itirib.
Corner.az-ın məlumatına görə, bu barədə neyrocərrah Alfredo Buçiero yerli radiolardan birinə açıqlamasında deyib.
Onun sözlərinə görə, ikili mübarizə zamanı yerə yıxılan və başı qazona çırpılan 23 yaşlı forvard huşunu itirdiyini və xəstəxanaya yerləşdirildiyini xatırlamır.
Həkim afrikalı oyunçunun başında ciddi zədə olmadığlnı bildirsə də, onun 1 həftəlik istrahətə ehtiyacı olduğunu vurğulayıb. Buçiero Osimhenin yaddaşının tədricən qayıdacağını söyləyib.