5 may 2026. Çərşənbə axşamı

Torino - Sassuolo matçına koronavirus əngəli


Torino - Sassuolo matçına koronavirus əngəli
 İtaliya A Seriyasının 24-cü turu çərçivəsində keçirilməli olan “Torino” - Sassuolo” matçı təxirə salınıb.
 
Corner.az xəbər verir ki, sözügedən qarşılaşmanın fevralın 26-da Turində keçirilməsi nəzərdə tutulmuşdu.
 
Lakin “Torino”da koronavirusa kütləvi yoluxma səbəbindən bu oyunun keçirilməsi mümkün olmayıb. Bu səbəbdən də matçın martın 17-nə təxirə salınması qərara alınıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
İtaliya mətbuatının yazdığına görə, “Torino”da son günlərdə 9 nəfərdən götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onlardan yeddisi futbolçu, ikisi isə texniki heyətdəndir.
 
Qeyd edək ki, kütləvi yoluxma səbəbindən “Torino” məşqlərini də dayandırıb.






İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə
“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi