6 dekabr 2025. Şənbə

Torino'nun daha bir oyununa koronavirus əngəli


Torino'nun daha bir oyununa koronavirus əngəli

İtaliya A Seriyasının 25-ci turunun açılış matçı – “Latsio” – “Torino” oyunu baş tutmayıb.

Corner.az xəbər verir ki, buna səbəb Turin təmsilçisində koronavirusa kütləvi yoluxma  olub.

İtaliya mətbuatının yazdığına görə, “Torino”da 8 futbolçunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onların hamısı karantindədir. Bu səbəbdən də Turin rəhbərliyi komandanın paytaxt Romaya yollanmasına icazə verməyib. Bu üzdən “Torino”ya texniki məğlubiyyət veriləcəyi və 1 xalının silinəcəyi iddia olunur. Lakin turinlilər apellyasiya şikayəti verməklə bu cəzadan qurtula biləcəklər. Hansı ki, bu mövsümün əvvəlində “Napoli” də “Yuventus”la səfər matçına oxşar səbəblərdən gedə bilməmiş və texniki məğlubiyyətlə üzləşmişdi. Lakin Neapol klubu apellyasiya şikayəti verməklə texniki məğlubiyyətin ləğvinə nail olmuşdu. “Torino”nun da “Latsio” matçının aprelin 7-də keçiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, “Torino”nun A Seriyasının 24-cü turu çərçivəsində “Sassuolo” ilə matçı da oxşar səbəbdən təxirə salınmışdı.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”