6 dekabr 2025. Şənbə

Buffon karyerasını bu vaxt bitirəcək


Buffon karyerasını bu vaxt bitirəcək

"Yuventus"un qapıçısı Canluici Buffonun karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Corner.az xəbər verir ki, 43 yaşlı qolkiper "The Guardian"a açıqlamasında 2023-cü ilin iyununadək oynamaq fikrində olduğunu bildirib.

Təcrübəli qolkiper cari mövsümün sonunda futbolla vidalaşa biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sının heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”