30 iyun 2026. Çərşənbə axşamı

Milan yenə xal itirdi


Milan yenə xal itirdi
İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.
 
Altı qolun qeydə alındığı “Sassuolo” – “Napoli” matçında qalib müəyyənləşməyib. “Cenoa” – “Sampdoriya” görüşü də heç-heçə ilə yekunlaşıb.
 
“Kalyari” “Bolonya”nı məğlub yola salıbsa, “Atalanta” “Krotone” üzərində darmadağınla qalib gəlib.
 
“Roma” səfərdə “Fiorentina”nın qonağı olub və qələbə qazanıb. “Verona” isə “Benevento”nu üç cavabsız qolla üstələyib.
 
“Milan” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib və xal itirib.
 
İtaliya A Seriyası
25-ci tur
2 mart
 
Latsio – Torino matçı baş tutmayıb
 
Yuventus – Spetsiya 3:0
Qol: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.
 
3 mart
 
Sassuolo – Napoli 3:3
Qol: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.
 
Benevento – Verona 0:3
Qol: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.
 
Milan – Udineze 1:1
Qol: Kessye, 90+7-pen – Bekan, 68.
 
Cenoa – Sampdoriya 1:1
Qol: Zappakosta, 52 – Tonelli, 77.
 
Fiorentina – Roma 1:2
Qol: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.
 
Atalanta – Krotone 5:1
Qol: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.
 
Kalyari – Bolonya 1:0
Qol: Ruqani, 19.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı