30 sentyabr 2026. Çərşənbə

Çalhanoğlu bu oyunu buraxacaq


Çalhanoğlu bu oyunu buraxacaq

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu A seriyasının 26-cı turunda "Verona" ilə matçı buraxacaq.

Corner.az"Football İtalia"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin əzələlərində gərginlik var. Türkiyəli futbolçu, bu səbəbdən 25-ci turda (1:1) "Udenize" ilə görüşdə də iştirak etməmişdi.  

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 30 matça çıxaraq, 6 qol vurub və 11 qolun ötürməsini verib.

Əlavə edək ki, sabah keçiriləcək "Verona" - "Milan" oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.







İtaliya S.A.