7 may 2026. Cümə axşamı

Əgər Maldini istəsə, Milan'da qalacam - İbrahimoviç


Əgər Maldini istəsə, Milan'da qalacam - İbrahimoviç

 "Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç komandada gələcək fəaliyyəti barədə sualı cavablandırıb.

Corner.az “Football Italia”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu karyerasının Maldinidən aslı olduğunu bildirib:

"Mən Zlatanam, məsuliyyət hiss edirəm və özümü lider hiss edirəm. "Milan" heyran qaldığım yeganə komandadır. Mən bu komandaya nəsə vermək istəyirəm, bələdçi olmaq istəyirəm.

Nə vaxt nəsə deyəndə başqaları mənə cavab verirlər: "Yaxşı, biz bunu edəcəyik". Bu gün (dünən-red) Veronada olmaq istəyirdim, mən bunu daxildən hiss edirdim. Bir günümü onlarsız keçirməyim oğullarımsız olmaq kimi bir şeydir

Növbəti mövsümdə "Milan"da qalacammı? Bilmirəm, görərik. Əgər Paolo Maldini istəsə, onda hazıram”, - İbrahimoviç deyib.

Qeyd edək ki, İbrahimoviçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə