15 avqust 2026. Şənbə

Marslı deyilik, səhv edə bilərik - Pioli


Marslı deyilik, səhv edə bilərik - Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 24-cü turunda “Verona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Biz bir komandayıq, bəzi futbolçularımız olmasa da, komandayıq. Yaxşı oynayır, mübarizə aparırıq. Marslı deyilik, səhv edə bilərik. Çətinliklər inkişaf etməyimizə kömək oldu.

“Verona”ya qarşı çətin oyun keçirdik. Rəqib hər komandaya problem yarada biləcək gücdədir. Onlara qarşı oyunlarımız hər zaman çətin olub. Bu matçda da əziyyət çəkdik”.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi