24 oktyabr 2024. Cümə axşamı

Ronaldonu transfer etmək yanlış idi


Ronaldonu transfer etmək yanlış idi

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb danışıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Turin təmsilçisinin 36 yaşlı hücumçunu almaqla səhvə yol verdiyini deyib:

"Yuventus" Ronaldonu Çempionlar Liqasını qazana bilmək üçün transfer etdi. Amma o gələndən sonra komandanın etdikləri, onun olmadığı dönəmdən daha pis hala gəldi. "Yuventus" Ronaldosuz da bir neçə Skudetto ( A seriyası çempionluğu - red) qazana bilər. Onu transfer etmək səhv bir layihə idi.

Kriştiano qollar vurmağa davam edəcək. Çünki nə olursa olsun, bunu necə edəcəyini bilir. Topu soldan qəbul edib, sağ ayağı il götürəcək və qol vuracaq. O, bənzərsiz düşüncə tərzinə sahibdir.

Kassano baş məşqçi Andrea Pirlonin yeni  oyun qurmaq istədiyini, ancaq portuqaliyalı futbolçunun bu planı pozduğunu bildirib:  "Rəqiblərə təzyiq göstərmək və xətlər arasında oynamaq Ronaldonun edə biləcəyi bir iş deyil. Çempionlar Liqasının qalibi olmasa, pis iş görmüş olacaq".

Qeyd edək ki, Kassano 2003-2014-cü illərdə İtaliya millisində oynayıb. Ronaldo isə 2018-ci ildə "Yuventus"a keçib.(qol)







İtaliya S.A.

"Yuventus" Perin ilə müqaviləni uzadıb
  • İtaliya S.A.
  • 17:09 23.10.2024
"Yuventus" Perin ilə müqaviləni uzadıb
"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"