17 mart 2026. Çərşənbə axşamı

Pirlo narahat deyil


Pirlo narahat deyil

Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandıran “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, italyalı mütəxəssis, “Portu” ilə keçirilən cavab oyunundan (3:2) sonra bunları deyib:

“Bundan əvvəl Mauritsio Sarrinin niyə göndərildiyini bilmirəm. Mən “Yuventus”dayam və mənə bir neçə illik plan olduğu üçün iş verilib. Buna görə də, vəzifəmi itirəcəyimlə bağlı narahatlığım yoxdur”.

Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində “Portu”ya uduzaraq (ilk oyun 1:2, cavab oyunu 3:2), turnirlə vidalaşıb.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə