15 avqust 2026. Şənbə

İnter Vidal'ı itirdi


İnter Vidal'ı itirdi

“İnter” klubunun yarımmüdafiəçisi Arturo Vidal əməliyyat olunacaq.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Vidal İtaliya A Seriyasının 26-cı turu çərçivəsində martın 8-də keçirilmiş “Atalanta” ilə ev oyununda (1:0) sol dizindən zədələnmişdi. Klub həkimləri ətraflı müayinələrdən sonra 33 yaşlı futbolçunun əməliyyat olunmasına qərar veriblər.

Əməliyyat bu gün – martın 12-də keçiriləcək. Çilili yarımmüdafiəçinin bərpa müddəti barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, Vidal, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 30 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi