17 mart 2026. Çərşənbə axşamı

Yuventus - Napoli matçı növbəti dəfə təxirə salındı


Yuventus - Napoli matçı növbəti dəfə təxirə salındı

İtaliya A Seriyasının 3-cü turundan təxirə salınmış "Yuventus" - "Napoli" matçının vaxtı növbəti dəfə dəyişdirilib.

Corner.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, martın 17-də keçirilməli olan qarşılaşma aprelin 7-nə təyin olunub.

Qərarın səbəbi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, görüş ötən il oktyabrın 4-də "Yuventus"a məxsus "Alyans" stadionunda oynanılmalı idi. Həmin vaxt Neapol təmsilçisinin heyətində koronavirusa yoluxma halı aşkarlandığından komanda Turinə yollana bilməmişdi. Nəticədə texniki məğlubiyyət alan klubun koronavirusla bağlı protokola əməl etmədiyi üçün bir xalı da silinmişdi.

"Napoli"nin iki apellyasiya şikayəti təmin edilməsə də, sonda İtaliya Olimpiya Komitəsi qərarı ləğv edərək, matçı martın 17-nə təxirə salmışdı.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə