17 mart 2026. Çərşənbə axşamı

Yuventus'dan Ronaldo açıqlaması


Yuventus'dan Ronaldo açıqlaması

 "Yuventus"un baş məşqçisi Andrea Pirlo hücumçu Kriştiano Ronaldonun komandadan mümkün gedişi haqqında suala cavab verib.

Corner.az-ın “Marca”ya istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis bu barədə məlumatların şayiə olduğunu qeyd edib.

"...Şayiələrə gəlincə, bu, normaldır. O, (Kriştiano Ronaldo - red) Messi ilə yanaşı, dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”, - mütəxəssis deyib.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə 32 oyuna 27 qol vurub.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə