6 dekabr 2025. Şənbə

Növbəti rekordu qırmaq istəyirəm - Ronaldo


Növbəti rekordu qırmaq istəyirəm - Ronaldo
Əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu yeniləyən “Yuventus” un hücumçusu Kriştiano Ronaldo yeni nailiyyətlərə imza atmağa hazırlaşdığını bildirib.

Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə öz “Instagram” səhifəsində yazıb.
 
“Daha çox hədəflərə nail olmaq lazımdır və inanıram ki, bunu birlikdə edəcəyik. Qollar mənim həyatımın ayrılmaz hissəsidir. Bununla kifayətlənməyə hazırlaşmıram və növbəti rekordu qırmaq istəyirəm! Mən həmişə daha çox istəyirəm.
 
İnsanlar tez-tez mənim enerjimin çox olması, heç vaxt dayanmadığım barədə danışırlar. Ola bilsin, bu həqiqətdir, lakin bu mənim həyatımın ayrılmaz hissəsidir!”, -  Ronaldo sosial şəbəkə hesabında yazdığı şərhdə qeyd edib.
 






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”