30 iyun 2026. Çərşənbə axşamı

Lippi Napoli'də?


Lippi Napoli'də?

Ötən il məşqçi karyerasını bitirən Marçello Lippi “Napoli” klubunda işləyə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. Məlumatda, 72 yaşlı mütəxəssisin Neapol klubunda texniki direktor vəzifəsinə gətirilə biləcəyi qeyd olunub.

Lippi son olaraq Çin yığmasının baş məşqçisi olub. 2016-cı ildən bu komandaya rəhbərlik edən mütəxəssis 2019-cu ildən işsiz idi. Təcrübəli məşqçi 2004-2006 və 2008-2010-cu illər aralığında İtaliya yığmasına rəhbərlik edib. O, “Syena”, “Çezena”, “Atalanta”, “Napoli”, “Yuventus”, “İnter”, “Quançjou Everqrand” kimi klubların da baş məşqçisi olub.

Lippi “Yuventus”la iki dəfə İtaliya çempionu olub, bu komandaya 1996-cı ildə UEFA Çempionlar Liqasının baş mükafatını qazandırıb.








İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı