24 oktyabr 2024. Cümə axşamı

Yuventus'da məğlubiyyət mübahisəyə səbəb oldu


Yuventus'da məğlubiyyət mübahisəyə səbəb oldu

“Yuventus”un İtaliya A Seriyasının 28-ci turunda doğma meydanda “Benevento”ya məğlub olması klubdaxili mübahisəyə səbəb olub.

Corner.az xəbər verir ki, 0:1 hesabıyla bitən qarşılaşmadan sonra “Yuventus”un paltardəyişmə otağında komandanın baş məşqçisi Andrea Pirlo ilə klubun prezidenti Andrea Anyelli mübahisə edib. Bu barədə “La Stampa” nəşri məlumat yayıb.

“Benevento” ilə matçdan sonra Anyelli Pirloya sərt reaksiya verib və onunla yüksək tonda danışıb. Klub prezidenti məğlubiyyətin səbəbini baş məşqçi Pirloda görüb.

Bu mübahisədən sonra Anyelli ilə Pirlonun münasibətlərinin pozulduğu və italyan mütəxəssisin yaxın zamanda istefaya göndəriləcəyi iddia olunur.

“Yuventus” A Seriyasında 3-cü sıradadır və lider “İnter”dən 10 xal geri qalır.







İtaliya S.A.

"Yuventus" Perin ilə müqaviləni uzadıb
  • İtaliya S.A.
  • 17:09 23.10.2024
"Yuventus" Perin ilə müqaviləni uzadıb
"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"