10 avqust 2026. Bazar ertəsi

İtaliya klubu müflis təhlükəsi ilə üz-üzə


İtaliya klubu müflis təhlükəsi ilə üz-üzə

İtaliyanın “Livorno” klubu müflis ola bilər.

Corner.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Məlumatda, C Seriyası təmsilçisinin ciddi maliyyə problemləri yaşadığı bildirilib.

“Livorno”nun futbolçularına olan borclara görə B Seriyasında 3 xalı silinib. Ciddi maliyyə problemləri yaşayan klub müflis olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

“Livorno” İtaliya çempionatları tarixində iki dəfə (1920, 1947) ölkə çempionatının gümüş medalçısı olub. Komanda hazırda C Seriyasında 20-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"