10 avqust 2026. Bazar ertəsi

Yuventus Ronaldo'ya qiymət qoydu


Yuventus Ronaldo'ya qiymət qoydu

"Yuventus” mövsümün sonunda klubdan ayrılacağı iddia olunan Kriştiano Ronaldonun transfer dəyərini müəyyənləşdirib.

Corner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Məlumatda, “Yuventus”un yayda Ronaldonu satacağı təqdirdə, onun üçün tələb etdiyi məbləğin 25 milyon avro olduğu vurğulanıb.

Ronaldo hazırda “Yuventus”da illik 31 milyon avro qazanır. Turin təmsilçisinin rəhbərliyi  36 yaşlı hücumçudan maaşının azaldılmasına razılıq istəyir. Portuqaliyalı futbolçu maaşının azaldılmasına qarşı çıxsa, “Yuventus” onu satacaq.

Qeyd edək ki, Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"