15 avqust 2026. Şənbə

Milan onunla razılığa gələ bilmir


Milan onunla razılığa gələ bilmir

"Milan” klubu futbolçusu Canluici Donnarumma ilə yeni müqavilə danışıqlarını davam etdirir.

Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı qapıçı ilə razılığa gələ bilmir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Milan” Donnarummanı komandada saxlamaq istəsə də koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə futbolçunun məvacibini artırmağı düşünmür. Donnarumma “Milan”dan illik 10 milyon avro maaş tələb edir. “Qırmızı-qaralar”ın isə  italiyalı qolkiperə  8 milyon avro ödəyə biləcəyi vurğulanıb.

Donnarumma ilə  “Çelsi” və  PSJ klubları yaxından maraqlanır.

Qeyd edək ki, Donnarummanın “Milan”la müqaviləsi mövsümün sonuna qədərdir. 







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi