30 iyun 2026. Çərşənbə axşamı

Yuventus'un türk futbolçusunda koronavirus aşkarlandı


Yuventus'un türk futbolçusunda koronavirus aşkarlandı

Türkiyə millisinin və  "Yuventus"un futbolçusu Merih Demiralda koronavirus aşkarlanıb.

Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin testinin nəticəsi ötən həftə yığmanın düşərgəsində müsbət çıxıb. Komandanın heyətində daha 3 oyunçu koronavirusa yoluxub, lakin həmin şəxslərin adları açıqlanmayıb.

Demiral Turinə xüsusi təyyarə ilə qayıda biləcək.

Qeyd edək ki, Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununu buraxıb. O, 2019-cu ildən "Yuventus"da çıxış edir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı