- İtaliya S.A.
- 23:28 23.11.2024
"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxub.
Corner.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Leonardo Bonuççidən götürülən testinin nəticəsi müsbət çıxıb.
34 yaşlı müdafiəçidə İtaliya yığmasından qayıtdıqdan sonra koronavirusa yoluxub. O, dərhal karantinə alınıb.
Bundan əlavə, "Yuventus"un üç futbolçusu - Ueston Makkenni, Paulo Dibala və Artur Ramos koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evində verdiyi yığıncağa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.
Hüquq mühafizə orqanları bir saatlıq əziyyətdən sonra içəri daxil ola bilib. "Yuventus"un hadisə ilə bağlı hər üç futbolçunu cəzalandıracağı bildirilir.
Qeyd edək ki, daha əvvəl "Yuventus"da türkiyəli futbolçu Merih Demiralın da koronavirus testi müsbət çıxıb.