6 may 2026. Çərşənbə

Yuventus derbidən əvvəl onları cəzalandırdı


Yuventus derbidən əvvəl onları cəzalandırdı

"Yuventus" klubu karantin qaydalarını pozan 3 futbolçusu ilə bağlı qərar verib.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ueston Makkenni, Paulo Dibala və Artur Ramos 29-cu turda "Torino" ilə derbi oyununu buraxacaqlar.

Ölkə çempionu həmin oyunçulara pul cəzası da verib, lakin məbləğ açıqlanmayıb.

Qeyd edək ki, futbolçular koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.

Əlavə edək ki, aprelin 3-də keçiriləcək "Torino" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə