6 may 2026. Çərşənbə

Turin derbisində heç-heçə, İnter'dən qələbə


Turin derbisində heç-heçə, İnter'dən qələbə

İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün oynanılıb. Açılış matçında “Milan” doğma meydanda “Sampdoriya”nı qəbul edib. Bu oyunda meydan sahibləri xal itkisi ilə üzləşib

Turin derbisində “Yuventus” “Torino”nun müqavimətini qırmağa çalışıb. Lakin bu oyun da bərabərliklə bitib. “Roma”  “Sassuolo” səfərindən 1 xalla dönüb. “Latsio” isə “Spetsiya” ilə ev oyununda qələbə qazanıb. Turun son matçında lider “İnter” səfərdə “Bolonya”nın qonağı olub. Milan təmsilçisi bu oyundan da qələbə qazanıb.

İtaliya A Seriyası, 29-cu tur

3 aprel

Milan – Sampdoriya 1:1
Qol
: Hauqe, 87 – Kvalyarella, 57.

Atalanta – Udineze 3:2
Qol
: Muriel, 19; 43. Sapata, 61 – Pereyra, 45. Larsen, 71.

Benevento – Parma 2:2
Qol
: Qlik, 23. İonita, 67 – Kurtiç, 55. Man, 88.

Latsio – Spetsiya 2:1
Qol
: Lazzari, 56. Kaysedo, 88-pen – Verde, 73.

Kalyari – Verona 0:2
Qol
: Barak, 54. Lasanya, 90+9.

Cenoa – Fiorentina 1:1
Qol
: Destro, 13 – Vlahoviç, 23.

Napoli – Krotone 4:3
Qol
: İnsinye, 19. Osimhen, 22. Mertens, 34. Di Lorenso, 72 – Simi, 25; 48. Messias, 59.

Sassuolo – Roma 2:2
Qol
: Traore, 57. Raspadori, 85 – Pelleqrini, 26-pen. B.Peres, 69.

Torino – Yuventus 2:2
Qol
: Sanabriya, 27; 46 – Kyeza, 13. Ronaldo, 79.

Bolonya – İnter 0:1
Qol
: Lukaku, 32.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə