6 dekabr 2025. Şənbə

İnter və Yuventus'dan qələbə


İnter və Yuventus'dan qələbə
İtaliya A Seriyasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
 
Corner.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 
3-cü turdan təxirə salınmış oyunda “Yuventus” doğma meydanda “Napoli”ni qəbul edib. 3 qolun qeydə alındığı bu oyunda meydan sahibləri qalib ayrılıb.
 
Lider “İnter” isə 28-ci turdan təxirə salınmış oyunda “Sassuolo”nu sınağa çəkib. Milanlılar da bu görüşdə çətin qələbə qazanıb.
 
İtaliya A Seriyası
7 aprel
 
3-cü turun oyunu
 
Yuventus – Napoli 2:1
Qol: Ronaldo, 13. Dibala, 73 – İnsinye, 90-pen.
 
28-ci turun oyunu
 
İnter – Sassuolo 2:1
Qol: Lukaku, 10. L.Martines, 67 – Traore, 85.






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”