- İtaliya S.A.
- 23:28 23.11.2024
“Yuventus” klubunun prezidenti Andrea Anyellinin komandanın keçmiş çalışdırıcısı Massimiliano Alleqri ilə görüşdüyünü xəbər vermişdik.
Corner.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo, Anyelli ilə Alleqri arasında baş tutan görüşə münasibət bildirib:
“Futbolla yanaşı, dostluqlar da davam edir. Mən yolda Paolo Maldini ilə rastlaşsam və onunla bir yemək yesəm, mənim “Milan”la razılaşdığımı deyəcəklər. Futboldan kənarda dostluqlar var. Anyelli ilə Alleqrinin görüşməsi çox normaldır”.
Qeyd edək ki, İtaliya mətbuatı mövsümün sonunda Pirlo ilə yolların ayrılacağını iddia edir.“Yuventus” A Seriyasında 4-cü sıradadır. İ