6 dekabr 2025. Şənbə

İbrahimoviç cəzalandırıldı


İbrahimoviç cəzalandırıldı

 "Milan"ın futbolçusu Zlatan İbrahimoviç bir oyunluq cəza və 5 min avro cəriməyə məruz qalıb.

Corner.az xəbər verir ki, buna səbəb 39  yaşlı hücumçunun "Parma"ya 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının 30-cu tur matçındakı davranışı olub.

 İsveçli futbolçu görüşün 60-cı dəqiqəsində baş hakim Fabio Mareskaya dediyi sözlərə görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsinin qərarında onun referiyə qarşı aşağılayıcı formada tənqid məzmunlu təhqiramiz ifadələr işlətdiyi göstərilib.

Beləliklə, İbrahimoviç növbəti turun "Cenoa" ilə matçında komandasına kömək edə bilməyəcək. Aprelin 18-də "San Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”