10 avqust 2026. Bazar ertəsi

Yuventus uduzdu, İnter xal itirdi


Yuventus uduzdu, İnter xal itirdi
İtaliya A Seriyasında 31-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Yuventus” bu turda səfərdə “Atalanta”nın qonağı olub və minimal hesabla uduzub. “Roma” da “Torino” ilə səfər oyunundan əliboş qayıdıb. “Milan” isə “Cenoa” ilə ev oyununda çətin qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Neapolda baş tutub. “Napoli” doğma meydanda lider “İnter”i qəbul edib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
İtaliya A Seriyası
31-ci tur
17 aprel
 
Krotone – Udineze 1:2
Qol: Simi, 68-pen – De Paul, 41; 74.
 
Sampdoriya – Verona 3:1
Qol: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.
 
Sassuolo – Fiorentina 3:1
Qol: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.
 
Kalyari – Parma 4:3
Qol: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. Çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.
 
18 aprel
 
Milan – Cenoa 2:1
Qol: Rebiç, 13. Skamakka, 68-öz qapısına – Destro, 37.
 
Atalanta – Yuventus 1:0
Qol: Malinovski, 87.
 
Bolonya – Spetsiya 4:1
Qol: Orsolini, 12. Barrou, 18. Svanberq, 54; 60 – İsmayli, 34.
 
Latsio – Benevento 5:3
Qol: Depaoli, 10-öz qapısına. İmmobile, 20; 90+6. Korrea, 36. Montipo, 48-öz qapısına – Sau, 45. Viola, 62. Qlik, 85.
 
Torino – Roma 3:1
Qol: Sanabriya, 57. Zaza, 71. Rinkon, 90+2 – Mayoral, 3.
 
Napoli – İnter 1:1
Qol: Handanoviç, 36-öz qapısına – Eriksen, 55.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"