- İtaliya S.A.
- 23:28 23.11.2024
"İnter"in baş məşqçisi Antonio Konte Avropan Super Liqası ilə bağlı danışıb.
Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis UEFA-nın gəlirləri bölməsindən narazı olduğunu bildirib.
İtaliyalı baş məşqçi sıx qrafik barədə də fikirlərini bölüşüb: "Superliqa ilə bağlı bütün xəbərləri istər-istəməz eşidirik. Düşünürəm ki, ənənələri və idmana olan həvəsimizi heç vaxt unutmamalıyıq. Ənənələr tarix olduğu üçün hörmət edilməli, idman isə ləyaqətli olmalıdır. Biz qələbələr qazanmaq üçün çalışırıq".
Kontenin sözlərinə UEFA gəlirlərin bölgüsü barədə düşünməlidir: "Bəli, turnirlər təşkil edirlər, bütün hüquqları öz üzərlərinə götürürlər, lakin gəlirin yalnız çox az hissəsini turnirlərdəki komandalara verirlər. Futbolçular sıx təqvimlər səbəbindən limon kimi sıxılır və qarşılığında çox az pul qazanırlar. Beləliklə, təşkilat daha ədalətli mükafatlandırmağı düşünməlidir. Çünki klublar məşqçilərə və oyunçulara sərmayə yatırırlar. Buna görə də qazandıqları gəlirin bir hissəsinə layiqdirlər. Gəlirlərdən 10 vahid qazanırsınızsa və onlardan 7-ni özünüz üçün saxlayır, yalnız 3-nü başqalarına verirsinizsə, bu, tamamilə ədalətli deyil. Bölgünün yenidən nəzərdən keçirilməsinə ehtiyac var".
Qeyd edək ki, İspaniyada "Barselona" və "Real Madrid"dən başqa 10 klub Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın "Milan" və "Yuventus" klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.