8 noyabr 2026. Bazar günü

Dibala Manchester United-ə qarşı oynamaya bilər


Dibala Manchester United-ə qarşı oynamaya bilər

Juventus-un argentinalı hücumçusu Paulo Dybala zədələnib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, ötən gün Argentina ilə Braziliya arasında keçirilən yoldaşlıq oyunu zamanı Juventus-un hücumçusu Paulo Dybala dizindən zədələnib. Argentinalı futbolçu meydanı 58-ci dəqiqədə tərk etməli olub. Juventus-un hücumçusu Genoa ilə oyunu Manchester United-lə oyuna qədər zədəsini sağaltmaq üçün buraxmalı olacaq.

Xatırladaq ki, Juventus Manchester United-lə oktyabr ayının 23-ü qarşılaşacaq.







İtaliya S.A.