30 iyun 2026. Çərşənbə axşamı

Latsio prezidentinin cəza müddəti artırıldı


Latsio prezidentinin cəza müddəti artırıldı

İtaliya Futbol Federasiyasının Apellyasiya Məhkəməsi "Latsio"nun prezidenti Klaudio Lotitonun şikayətini təmin etməyib.

Corner.az xəbər verir ki, koronavirus protokolunun pozulmasına görə 7 aylıq cəzalandırılan funksionerin diskvalifikasiya müddəti artırılıb.

Onun futbolla bağlı fəaliyyətinə bir il qadağa qoyulub. Komandanın həkimləri Fabio Rodia və İvo Pulçinin 1 illik cəzası isə qüvvədə saxlanılıb.

Kluba təyin olunmuş cərimənin məbləği də 50 000 avro artırılaraq, 200 000 avroya çatdırılıb.

Qeyd edək ki, araşdırmalar zamanı Klaudio Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.(report)







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı