14 may 2026. Cümə axşamı

İtaliya futbol federasiyasının prezidenti seçildi


İtaliya futbol federasiyasının prezidenti seçildi
İtaliya futbol federasiyasının yeni prezidenti seçilib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, İtaliya futbol federasiyasının yeni prezidenti məlum olub. Prezidentliyə yeganə namizəd olan Gabriel Gravina 97.2% səs toplayaraq İtaliya futbol federasiyasının yeni prezidenti seçilib. 65 yaşlı Gravina bu postda əfsanəvi Karlo Tavekkionu əvəzləyib. Tavekkio 2017-ci ildə İtaliya yığmasının 2018-ci ildə keçirilən Dünya Çempionatına vəsiqə qazana bilməyəndən sonra istefa vermişdir. 11 ay ərzində Tavekkionu İtaliyanın Milli Olimpiya Komitəsinin sədri Roberto Fabricchini əvəzləyirdi. Qeyd edək ki, yeni prezident Gravina bundan öncə İtaliyanın 3-cü divizionu olan C Seriyasının rəhbəri idi.






İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi