15 may 2026. Cümə

Onun yoxluğu komandaya zərər verdi - Pioli


Onun yoxluğu komandaya zərər verdi - Pioli

'Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Benevento”ya qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan Pioli, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Komanda ruhu olmasaydı, heç nəyə nail ola bilməzdik. Son həftələrdə ciddi xal itkiləri yaşadıq, ancaq bu matçda yaxşı performans sərgilədik.

Zlatan İbrahimoviç çempiondur və o, ətrafındakı hər kəsi cəsarətləndirir. Onun yoxluğu komandaya zərər verdi. Lakin çətinliklərin öhdəsindən gəlməyi bacardıq”.

Qeyd edək ki, “Milan” A Seriyasında 69 xalla 2-ci sırada qərarlaşıb







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi