9 avqust 2026. Bazar günü

İnter'in çempionluğu rəsmiləşdi


İnter'in çempionluğu rəsmiləşdi

İtaliya A Seriyasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, “İnter” sona dörd tur qalmış A Seriyasının qalibi olub.

Bu çempionluq, 34-cü turda “Atalanta”nın səfərdə “Sassuolo” ilə səfər oyunundakı xal itkisindən sonra rəsmiləşib. Bu qarşılaşma 1:1 hesabıyla yekunlaşıb. Beləliklə, “Atalanta” 69 xalda qalıb.“Krotone” ilə matçdan 2:0 hesablı qələbə ilə ayrılan “İnter” isə xalını 82-yə çatdırıb. Nəticə etibarilə, Antonio Kontenin çalışdırdığı komanda sona 4 tur qalmış ən yaxın izləyiciləri “Atalanta” və “Milan”ı 13 xal geridə qoyub.

Qeyd edək ki, bu, “İnter”in tarixində 19-cu İtaliya çempionluğudur. Sonuncu dəfə bu komanda 2009/10 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olmuşdu.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"