6 may 2026. Çərşənbə

Parma da A Seriyası ilə vidalaşdı


Parma da A Seriyası ilə vidalaşdı

 İtaliya A Seriyasını tərk edəcək ikinci klub da müəyyənləşib.

Corner.az xəbər verir ki, “Parma”nın növbəti mövsümdə elitada olmayacağı dəqiqləşib.

Sözügedən komanda çempionatın 34-cü turunda səfərdə “Torino”ya 0:1 hesabıyla məğlub olub. Mövsümün başa çatmasına 4 tur qalmış “Parma” 20 xalla 19-cu pillədə qərarlaşıb. Hazırda 17-ci pillədə qərarlaşan “Kalyari” ilə xal fərqi 12-dir. Amma komanda şəxsi görüşlərin nəticəsinə görə “Kalyari”ni qabaqlaya bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşmişdi. Bu komanda 18 xalla sonuncudur. 18-ci pillədə qərarlaşmış “Benevento”nun isə 31 xalı var.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə