17 mart 2026. Çərşənbə axşamı

Pirlo'dan istefa açıqlaması


Pirlo'dan istefa açıqlaması

"Yuventus"un baş məşqçisi Andrea Pirlo istefa vermək niyyətində deyil.

Corner.az-ın məlumatına görə, bu barədə 41 yaşlı mütəxəssis evdə "Milan"a 0:3 hesabı ilə məğlub olduqlar oyundan sonra mətbuat konfransında bildirib.

İtaliyalı mütəxəssis, vəzifəsindən ayrılmaq fikrində olmadığını deyib: " İstefa? Xeyr. Bu işi müəyyən çətinliklərə baxmayaraq, böyük həvəslə qəbul etdim. Klubun sərəncamındayam, hələ üç oyun var, ona görə icazə verilən müddətdə işimi görməyə davam edəcəyəm. Əgər ortada bir səhv varsa, məsuliyyəti öz üzərimə götürürəm. Bu heyət əla oyunçulardan ibarətdir, lakin nələrinsə yolunda getmədiyini açıq görünür".

Qeyd edək ki, "Yuventus" 69 xalla 5-ci pillədə qərarlaşıb. 







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə