30 iyun 2026. Çərşənbə axşamı

A Seriyasına yüksələn ikinci klub bəlli oldu


A Seriyasına yüksələn ikinci klub bəlli oldu

 “Salernitana” klubu yeni mövsümdə A Seriyasına yüksəlməyə vəsiqə qazanıb.

Corner.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu – 38-ci turunda “Peskara”nı 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlində ikinci pilləni tutub.

Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.

Qeyd edək ki, “Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.

A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək.








İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı