30 sentyabr 2026. Çərşənbə

İbrahimoviç sıradan çıxdı


İbrahimoviç sıradan çıxdı

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, “qırmızı-qaralar”ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb. A Seriyasının 35-ci turunun “Yuventus”la matçında (3:0) zədələnən 39 yaşlı hücumçu bu gün tibbi müayinədən keçəcək.

İlkin məlumata görə, İbrahimoviçin zədəsi çox da ciddi olmasına baxmayaraq, A Seriyasının “Torino” və “Kalyari” ilə oyunlarını buraxacaq.

“Milan” bu gün səfərdə “Torino”nun qonağı olacaq. Matç saat 22:45-də start götürəcək.







İtaliya S.A.