- İtaliya S.A.
- 23:28 23.11.2024
"Mənim gələcəyim artıq məlumdur. "Yuventus"da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım".
Corner.az-ın məlumatına görə, bunu italiyalı qapıçı Canluici Buffon "beIN Sports" nəşrinə açıqlamasında deyib. 43 yaşlı qolkiper gələcəyi karyerası barədə də danışıb: "Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam".
Buffonun karyerasına başladığı "Parma"ya keçmək istədiyi iddia edilir.
Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü PSJ-də keçirmiş İtaliya millisinin sabiq qolkiperi daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb