6 dekabr 2025. Şənbə

A Seriyasına yüksələn klub təhlükə ilə üz-üzə


A Seriyasına yüksələn klub təhlükə ilə üz-üzə

İtaliyanın “Salernitana” klubu 21-ci əsrdə ilk dəfə A Seriyasına yüksəlib.

Corner.az xəbər verir ki, B Seriyasını 2-ci sırada başa vuran Salerno təmsilçisi yeni mövsümdə A Seriyasında iştirak etmək hüququ qazanıb.

“Salernitana” klubunun sahibi, eyni zamanda “Latsio”nun da rəhbəri olan Klaudio Lotitodur. İtaliya Futbol Federasiyasının qaydalarına görə, bir şəxsin iki və daha çox klubu A Seriyasında iştirak edə bilməz. 64 yaşlı funksioner “Salernitana”nın yüksək liqada iştirakı üçün klubu 30 gün ərzində satmalıdır.

Klub satılmasa, “Salernitana” A Seriyasına buraxılmayacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”